Yuxarı

Tağı Əhmədov-ANS qarşıdurması davam edir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tağı Əhmədovla bağlı ANS-in efirində gedən süjet sosial şəbəkələrdə ciddi müzakirə predmetinə çevrilib.

Yanaşmalar müxtəlifdir. Kimi bunu təqdir edir, Metropoliten rəhbərinin davranışını eynilə bizim kimi pisləyir, kimi də məsələyə başqa prizmadan yanaşır. "ANS Tağı Əhmədovu vurdu" şəklində. Əslində, ANS heç kimi vurmur və bu haqqı ANS-ə heç kim də verməyib. Konkret Tağı Əhmədov məsələsinə gəlincə, o özü özünü vurur. Öz təbirincə desək, ağa davranışları, kobud qaba rəftarı, ölçüsüz-biçimsiz hərəkətləriylə. Əgər o, bu hərəkətləri son bir ayda ikinci dəfədir ki, ANS-in əməkdaşlarına qarşı yönəldirsə, biz nədən susub durmalıyıq ki? Yoxsa, bu millət qarşısında xidmətimiz Tağı Əhmədovun xidmətlərindən azdırmı? Hansı ki, o, bu xidməti uzun illərdir ki, göstərir və necə göstərir, nə cür göstərir bu da artıq başqa bir söhbətin mövzusu deyil. Çünki, sən susduqca, adam elə bilir ki, haqlı odur. Hərçənd, Tağı Əhmədovu haqsız çıxarmaq üçün onlarla faktı gözüyumulu sadalamaq olar. Onlardan biri metropolitendəki ticarət obyektlərnidən qazanılan milyonlardır ki, bu milyonlardan dövlətin büdcəsinə metropolitenin nə qədər vergi ödədiyi haqda məlumat belə yoxdur.

Bir-iki il bundan əvvəl Tağı Əhmədov bu haqda radio müsahibələrindən birində ona ünvanlanan dinləyici sualına belə cavab vermişdi- "Heç bir qəpik də ödəmirəm". Bunu o sualı verən yoldaşa heç bir aidiyyatı yoxdur. Buyurun. Ənənəvi tərz. Və yaxud, başqa bir misal. Metro kartlarına qoyulan depozitlərin taleyi kart sisteminə keçəndən hələ də açıq qalır. Nəzərə alsaq ki, metropoliten kart sisteminə 2006-cı ildən keçib, 7 ildə bu depozitlərin hara sərf edildiyi, onlardan gələn gəlirin aqibəti ilə bağlı bir dənə də hesabat ortalıqda yoxdur. Nəqliyyatın vahid kart sisteminə keçilməsiylə bağlı Nəqliyyat Nazirliyinin təklifini isə Tağı Əhmədov ümumiyyətlə yaxın buraxmır. Halbuki dünyanın metro sistemləri məhz belə işləyir. Bu yerdə deyə bilərsiz ki, dünyanın metro rəisləri də Tağı Əhmədov kimi kresloya yapışıb qalmayıblar. Hətta ən çox vəzifədə qalan Rusiyanın metropoliten rəhbərləridir ki, heç onları da Tağı Əhmədovla müqayisə etmək olmaz. Onlar bu vəzifəni maksimum 7-8 il daşıyıblar. Vaşiqtonda nəqliyyat sektorunun başına keçən şəxs bu il seçilib, amma 2015-ci ildə postu təhvil verməlidir. Qardaş Türkiyənin təcrübəsini də bilsək pis olmaz. Dünyanın ən qədim metrosu sayılan İstambuldakı Tunel Metrosu 1875-də inşa edilib. Burada metro rəisləri vaqonlardan tez dəyişir. Təsəvvür edin, hər 8 ildən bir vaqonlar, hər beş ildən bir, yəni hər bələdiyyə seçkilərində metro rəhbərləri dəyişir. Bizim Tağı Əhmədov isə nə vəzifəsini dəyişmək fikrindədir, nə də xasiyyətini. Halbuki, hər ikisini dəyişməyin tam məqamıdır.

Metropoliten rəhbəri Tağı Əhmədov bir sıra anlaşılmaz qərarlarını belə izah edir ki, ona yuxarıdan tapşırılanları yerinə yetirir. Maraqlıdır, prezident Məhəmməd Əmin Rəsulzadənin 130 illiyini dövlət səviyyəsində qeyd etmək barədə sərəncam verir. Tağı Əhmədov isə Məmməd Əmin Rəsulzadənin barelyefini metronun 28 may stansiyasından yığışdırır. Deməli, prezident Rəsulzadəyə ehtiram göstərir. Bəs, Tağı Əhmədov kimin tapşırığını yerinə yetirir?

Tarix
2013.11.26 / 23:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla