Yuxarı

AKP-də Ərdoğandan bezdilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin nüfuzlu jurnallarından olan "Ekonomist" "AKP sıradan çıxırmı?" başlıqlı yazı yayımlayıb.

Jurnal Türkiyədə "qızlı-oğlanlı evlər" probleminin Baş nazir R.T.Ərdoğanla müavini Bülənt Arınç arasındakı gərginliyə görə daha çox diqqət cəlb etdiyini yazıb.

Ərdoğanın rəftarından beziblər

"Ekonomist" bildirir ki, Arınçın çıxışı AKP içində Ərdoğanın təhrikedici danışığından bezənlərin olduğunu sübut edir. Üzə vurulmasa da, Ərdoğanın ərkyana xasiyyətindən bezənlərin olduğunu da qeyd edib.

Arınçın cəsarət nümayişi

AKP-nin nizamnaməsinə görə, bir şəxs ən çox üç dəfə millət vəkili seçilə bilər. Bu maddəni xatırladan jurnal Arınc da daxil, yetmiş millət vəkilinin bu nizamnaməyə görə bir daha namizəd ola bilməyəcəklərini yazıb. Jurnal bu vəziyyətin Arınça cəsarət verə biləcəyini və həmçinin Ərdoğanın da bu səbəblə prezident olmaq istədiyini bildirib.

Ərdoğanın ən böyük rəqibi Fətullah Güləndir

Jurnal Ərdoğanın eks müttəfiqi və indi ən böyük siyasi rəqibi Fətullah Güləndən də yazıb. Gülənin tərəfdarlarının müəyyən bölgələrdə xalqı AKP-yə qarşı olan ən güclü alternativə yönləndirə biləcəyini də xatırladıb.

Tarix
2013.11.16 / 22:34
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla