Yuxarı

“Hakimiyyət hansı vəzifəni versə, qəbul edəcəm”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu hakimiyyətdə təmsil olunmağa hazırdır.

"Axar.az"-a danışan partiya sədri hökumətin istənilən təklifinə müsbət yanaşacağını bildirib:

"Seçki öncəsi təşviqat kampaniyası dövründə bildirmişdik ki, əgər biz qalib gəlsək, digər qüvvələrlə koalisiyaya getməyə hazırıq, həmçinin, başqası qalib gəlsə, onlarla koalisiya qurmağa hazırıq. İndiki zamanda hakimiyyətdən hansı təklif gəlsə, qəbul etməyə hazıram".

ADP sədri hesab edir ki, Azərbaycan həqiqətən islahatlar aparmaq istəyirsə, təkpartiyalı sistemdən imtina etməlidir:

"Bu sistemlə islahatlar aparmaq mümkün deyil. Azərbaycanda uzun illərdir təkpartiyalı sistem formalaşıb. Həqiqətən də hökumət istəyirsə ki, siyasi islahatlar aparsın, o zaman təkpartiyalı sistemdən imtina etməlidir. Düzdür, seçkilərdə YAP qalib gəlib, çoxluq YAP-dadır. Lakin bu o demək deyil ki, YAP koalisiya qura bilməz".

ADP sədri diqqətə çatdırıb ki, onun təklifi məhz indiki dövrlə bağlıdır, təklif 2015-ci ilə qədər saxlanılmamalıdır:

"Hökumət koalisiyanı bu gündən etibarən yaratmalıdır. Seçkinin nəticələrinə görə, hökumət partiyaları dəvət edə bilər. Həmin partiyanın gücündən asılı olaraq, koalisiyanın şərtləri müəyyənləşər".

Sərdar Cəlaloğlu təmsil olunmaq istədiyi strukturlardan da danışıb:

"Əminəm ki, hökumət güc strukturlarını bizə verməz, iqtisadi nazirlikləri də etibar etməz. Yerdə qalan strukturlardan hansını bizə təklif etsələr, razılaşacağıq. Önəmli olan təmsil olunmaq və islahatlara bir yerdən başlamaqdır"

Tarix
2013.10.18 / 18:22
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla