Yuxarı

Avtobuslarda ödəmə kartlarının tətbiqi ilin sonuna qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtobuslarda elektron ödəmə kartlarının tam tətbiq edilməsinin başa çatdırılması may ayının sonuna kimi nəzərdə tutulsa da, sistem demək olar, hələ də tətbiq olunmağa başlamayıb. İyul ayında Nəqliyyat Nazirliyindən mətbuata bildirilmişdi ki, müəyyən səbəblərdən kart sisteminə keçirilmə prosesi ləngiyir. Sistem sentyabr ayından sərnişinlərin tam istifadəsində olacaq.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovdan açıqlama aldıq. N. Həsənov "Axar.az"a bildirdi ki, avtobuslarda kart sisteminin quraşdırılması üçün hazırda işlər gedir. Sistem bir neçə avtobusda sınaqdan keçirilib və fəaliyyətdədir, ilin sonunadəksə tam fəaliyyətdə olacaq.

Qeyd edək ki, Nəqliyyat Naziri Ziya Məmədov mətbuata açıqlamasında bildirib ki, ilin sonuna kimi vahid kart sisteminin tətbiq olunacağı avtobusların sayının minə çatdırılacağı gözlənilir.

Tarix
2013.09.16 / 15:57
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla