Yuxarı

Bu gün kommunistlər “Oktyabr inqilabı”nı qeyd edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Moskvada Böyük Oktyabr Sosialist İnqilabının 96 illiyinə həsr olunmuş 2 aksiya keçiriləcək. Aksiyaların keçirilməsinə hökumətin də razılıq verib.

"Axar.az" xəbər verir ki, tədbiri RFKP partiyası 5000 iştirakçı ilə keçirəcək. Yürüş Tverskaya küçəsindən İnqilab meydanına doğru olacaq. Daha sonra meydanda mitinq keçiriləcək.

Elə bu meydanda günorta saatlarında Sovet Zabitləri Birliyinin də aksiyası keçiriləcək. Yürüşdə 1000-ə yaxın iştirakçı olacağı gözlənilir.

Paytaxt Regional təhlükəsizlik departamentinin rəhbəri Mayorov qeyd edib ki, Oktyabr inqilabının 96 illiyi ilə bağlı tədbir keçirmək istəyən bir neçə başqa təşkilatçıya asayişin pozulmaması nədəni ilə razılıq verilməyib. Ona görə onlar da adı çəkilən aksiyalara qoşulacaq.

Aksiyada "Hökumətə istefa!", "Yeni Oktyabr irəlidədir!" kimi şüarlar səslənəcək.

Lenin Mavzoleyi də bu gün ziyarətçilərə bağlı olacaq.

Buna səbəb bu gün "Qırmızı meydan"da Qırmızı ordu əsgərlərinin 1941-ci il noyabrın 7-si keçirilən tarixi paradının ildönümünə həsr olunmuş təntənəli marşın artıq 12-ci dəfə keçirilməsi olacaq.

Moskva hökuməti marşda 6000 min nəfərin iştirak edəcəyini söyləyib.

Tarix
2013.11.07 / 10:07
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla