Yuxarı

Zakir Həsənov rütbələri bərpa edib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirinin əmri ilə Silahlı Qüvvələrdə Hərbi Ticarət işləri ilə məşğul olacaq bir qurum da fəaliyyətə başlayır.

"Axar.az" xəbər verir ki, bunu hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov facebookda yazıb. MN-nin Hərbi Nəşriyyatına rəis vəzifəsinə təyin edilən polkovnik-leytenant Rəşad Abuzərovla bağlı əmrin ləğv edildiyini bildirən Ü.Cəfərov qeyd edib ki, işindən azad edilmiş, istefada olan polkovnik Pənah Abdullayevin vəzifələrini isə Nəşriyyatın baş mühəndisi həyata keçirir: "Yeni nazir, general-polkovnik Zakir Həsənovun əmri ilə SQ Hərbi Həkim Komissiyasının sədri mayor Vidadi Quliyevin əvvəlki tibb xidməti polkovnik-leytenantı rütbəsi bərpa edilib. Bundan əlavə də o sahədə çalışan bir neçə şəxsin də hərbi rütbələri yenidən artırılıb. Hətta , Heydər Əliyev Fondunda övladı çalışan bir zabitin də polkovnik rütbəsi bərpa edilib".

Hərbi jurnalist, Naxçıvandan narahatedici xəbərlərin gəldiyini də yazıb. O, bildirib ki, oktyabrda şəxsi heyətlə görüşən yeni müdafiə naziri, uzun illər orada xidmət keçən zabitlərin tədricən Bakıya və digər qarnizonlara təyinatına başlanılacağına söz verib: "Ancaq təəssüflər olsun ki, bu günə kimi bu işə başlanılmayıb. Müdafiə Nazirliyinin rəhbərliyinin atdığı yanlış addımlardan biri də odur ki, bu yaxınlara kimi nazirlikdə yüksək vəzifə tutan bir neçə zabitin birdən-birə aşağı vəzifəyə təyin edilməsidir. Bunun nəticəsində də həmin zabitlər aldıqları məvacibdən 250-300 manat itiblər".

Onun yazdığına görə, müdafiə naziri Zakir Həsənovun ordudan ehtiyata tərxis etdiyi bir neçə zabit digər güc strukturlarında xidmətlərini davam etdirmək istəyi ilə müvafiq qurumlara müraciət ediblər. Hətta onlardan bir neçəsi istəklərinə nail də olublar. Onlardan birinin adı da göstərmək olar. MN-nin HHQ və HHM qoşunlarından ehtiyata tərxis edilmiş polkovnik Faiq Məmmədov artıq Dövlət Sərhəd Xidmətinin aviasiya idarəsində zabit kimi xidmətini davam etdirir.

Tarix
2013.11.27 / 15:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla