Yuxarı

“Bozbaş pikçers” yazmağım belə, verilişin baxımlılığını artırır

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" virtual məkanda, sosial şəbəkələrdə populyar olan insanlarla "müsahibə-müsabiqə" layihəsini davam etdirir. Davamlı olaraq virtual aləmin məşhurları ilə söhbətlərimiz olacaq. Layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və "feysbuk"un "1" nömrəsi olduğunu isbatlayan müsahibimiz mükafatlandırılacaq.

Layihəmizin bu dəfəki qonağı tanınmış tele-aparıcı İlkin Həsənidir.

İlk sual sizin sosial mediadakı fəaliyyətinizlə bağlıdır. TV jurnalistlərindən tək-tük insan sosial mediada populyardır. Siz də bunlardan birisiniz. Uğurunuzun və bu sahəyə marağınızın səbəbi nədir?

- Bu sahəyə marağım lap çoxdan yaranıb. 2007-ci ildə "feysbuk"da qeydiyyatdan keçəndə orda azərbaycanlı görəndə sevinirdim. Dost siyahımda 2-3 adam var idi. Onlar da xaricdə təhsil alanlar idi.

Əvvəl bu şəbəkələrdən daha çox görə bilmədiyim dostlarımla ünsiyyət üçün istifadə edirdim. Amma indi bu şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Əgər paylaşımların 50 faizi ətrafda gördüyüm maraqlı hadisələrlə bağlıdırsa, 50 faizi də işimlə, sənətimlə bağlıdır.

Bəzən statusumda "bu şənbə 21:40-da "Bozbaş pikçers"" olacaq sözlərini yazmağım belə, verilişin baxılmasına kömək olur.

Sosial media həm də çatışmazlıqların aynasıdır və problemlərə bir növ güzgü tutur. Hansısa problemlər sizi daha çox narahat edir və sosial mediada onun təbliğini istəyərdiniz?

- Gündəlik həyatda baş verənlər, misal üçün nəqliyyatımızda olan problemlər, bəzi qurumlarda olan çatışmazlıqlar, xidmət sahələrində olan özbaşınalıq və s. mənim daha çox marağımda və diqqətimdədir.

Bəs bunları göstərmək TV işinə əngəl olmur ki?

- Bəzən sosial şəbəkələr bu problemlərin aradan qaldırılması üçün bir təkan verir. Yox, əngəl olmur. Televiziyadakı işim ilə sosial şəbəkələrdəki fəaliyyətimi və aktivliyimi qarışdırmıram. İş ayrı, sosial şəbəkədəki aktivlik ayrı olmalıdır.

Sosial aktivliyinizlə və vətəndaş mövqeyinizlə bağlı işdə hansı çətinliyiniz olub?

- Qətiyyən, heç bir çətinliyim olmayıb. Bəzən dost-tanışlarım "nə işinə qalıb" deyə narazılıq bildiriblər. Amma əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanda azad internet var, hər kəs istədiyi kimi öz fikrini yaza bilər. Düzdür, bəziləri tənqidlə təhqiri səhv salırlar.

Misal üçün?

- Misal üçün kiminsə fotosunu paylaşıb təhqirə yol verirlər. Fərqi yoxdur, bu, müğənni də ola bilər, aparıcı da, siyasi xadim də. Belələri sağlam tənqiddən uzaq olanlardır.

İsveçdə "Avroviziya" yarışmasının çəkilişlərində olan zaman haqqınızda tənqidi yazı getmişdi. Yetərincə kəskin idi. İsveçdən Azərbaycanla bağlı hazırladığınız tənqidi süjetlərlə bunun nə kimi əlaqəsi var idi?

- Olanlar qaldı may ayında, noyabrdan danışaq.

Sosial mediada aktiv olmayan, belə demək mümkündürsə, vətəndaş mövqeyi olmayan və şou auditoriyasından qırağa çıxmayan TV aparıcıları ilə kontaktda olmaq sizi sıxmır?

- Onlarin da öz kütləsi, öz tamaşaçıları var. Misal üçün onları heç kim məcbur edə bilməz ki, sosial aktivlikləri olsun. Hər hansı bir ictimai hadisəni səhifəsində işıqlandırmaq uçun heç kimi məcbur etmək olmaz axı. Onların maraq dairəsi öz sənətləri və öz işləridir. Elə ona görə də, öz şəkillərini mahnılarını, çıxışlarını paylaşmaqla məşğul olurlar.

Bəs siz onlara sosial mediada aktivliyi təbliğ edirsinizmi? Edirsinizsə, reaksiyaları nə olur?

- Təbliğ deməzdim, sadəcə, məsləhətlərim olub. Bəzən onda "əşi nə işimə qalıb e" cavabını alıram.

Doğrudan nə işinə qalıb?

- Məndən məsləhət verməkdir.

Sizcə, şou incəsənət və televiziyadakı məşhurların çatışmayan cəhəti hansıdır?

- Bəzilərində çatışmayan cəhət səmimiyyətdir. O səmimiyyəti onlar

nə TV-də, nə də sosial şəbəkələrdə yarada bilirlər.

Bəs ümumi olaraq desək?

- Misal üçün, nəyi deyirsiniz?

Məsələn, bir neçə il öncə Səməd Səmədovdan canlı yayımda himnimizin müəllifini soruşdular, bilmədi. İntellektuallıq baxımından onları necə qiymətləndirirsiniz?

- Misal olaraq Emin Ağalarovu göstərmək istəyirəm. Sosial şəbəkələr vasitəsilə, əsasən də instaqram vasitəsilə bu insana hörmətim günü-gündən artır. Həm də minlərlə izləyicisi var.

Azərbaycandan çox xarici ölkələrdə olur və Azərbaycana qonaq kimi bir neçə müddətlik gəlir. Sizcə, onun Azərbaycan şou biznesi ilə nə qədər əlaqəsi var?

- Yox, mən onun səmimiyyətini deyirəm. Görülən işlərin düzgün işıqlandırılması və s. Bütün bunlar tanınmış insan üçün vacib amillərdən biridir.

Azərbaycan şou-biznesinin "mətbəxində" olanları soruşuram. Bu qədər ölkə gəzmisiniz, insanlarla kontaktda olmusunuz.

Onların intellekti hansı səviyyədədir?

- O ki qaldı müğənnilərimizin intellektinə, bu barədə danışa bilməyəcəm. Susacam. Aralarında bu intellektə sahib olan çox az sayda müğənni var. Kitab oxumaqla da iş bitmir. Xarici ölkələrə sırf toylara görə deyil, istirahət və gəzmək üçün getsələr yaxşı olar. Çünki bu gəzintilərin də intellektin formalaşmasına təsiri olur.

Necə düşünürsünüz, kitabı oxumaqla bərabər nə olmalıdır? Sosial aktivlik, ya nə?

- Bəli, sosial aktivlik olmalıdır. Çünki o tanınmış insan kimisə ictimai məsələlərə yönəldə bilər. Hansısa kitabın fotosunu paylaşaraq "mən bu kitabı oxudum əladır, siz də oxuyun" desə, inanin ki, ən azından 5 nəfər onun dediyini edəcək. Bu da müsbət bir haldır.

Amma bir şərt var ki, o məsləhəti verən adam sosial mediada etibar qazanmış birisi olsun.

İzləyicilərinizin sayına baxanda bu etibarı qazandığınızı yəqin etmək olur. Nələrdənsə keçmisiz bunun üçün?

- Bu gün mən bu izləyicilər və bu kütlə üçün maraqlıyam. Əgər səhərdən axşama qədər ancaq öz şəkillərimi paylaşmaqla məşğul olsam, o kütlənin heç dörddə biri məni izləməz. Nə qədər tanınmağımdan asılı olmayaraq, belə insanı izləmək heç mənim özümə də maraqli olmaz.

"Feysbuk" və "Tvitter"dən gəlir məqsədilə istifadə edirsənmi?

- 2011-ci ildə klub və restoran biznesində özümü sınadım. Heç kimin tanımadığı bir əyləncə məkanını "Feysbuk" və "Tvitter" vasitəsi ilə geniş auditoriyaya tanıtdım. Demək istədiyim odur ki, bu sosial şəbəkələri ağıl ilə işlətsən, ondan pul da qazana bilərsən. Necə ki, bu günün özündə neçə adam var, bundan istifadə edir. İndi yeni bir işim də olacaq. O biznesi də sosial şəbəkələr vasitəsilə qaldırmaq fikrim var.

Bir media şirkətim və bu şirkətin nəzdində olan "Evoluşin" jurnalı olacaq. Media şirkəti reklam və tanıtım çarxları və digər sahələri əhatə edəcək.

İzləyicilərini filtrasiya etsək, ən çox hansı qəbildən olan insanlar olacaq?

- Əlbəttə ki, əvvəldə TV gəlir. Ordan tanıyıb sevənlər daha çoxdur. Tanınmışlığımın ikinci səbəbi sosial aktivliklə bağlıdır. Səmimi olmasaydım, yerlərini dəyişib deyərdim.

İctimai məsələləri sosial mediadakı səhifənizdə işıqlandırmağı dayandırmaq şərti ilə fantastik məbləğdə iş təklif etsələr, razılaşarsınızmı?

- "Sənə bu işi veririk, burdan əl çək" formasında təklif olsa, təbii ki, buna "yox" deyəcəyəm. Bir dəfə bir tanışıma sual verdim ki, nə əcəb "feysbuk" və "instaqram"dan istifadə etmirsən? Cavab verdi ki, mənim həyatım o qədər maraqlı keçir, elə şeylərə nə vaxt qalır, nə ehtiyac. Özüm də daxil olmaqla bütün sosial media istifadəçilərinə arzu edirəm, gələcəkdə həyatımız elə maraqlı olsun ki, sosial şəbəkələr yadımıza belə düşməsin.

"Həyatımız maraqlı olsun" deyəndə problemlərin həllini deyirsiniz yəqin?

- Problemsiz həyat yalnız dəlilərdə olur. Qoy elə problemli olsun, amma maraqlı olsun.

Problem demişkən, "Space" telekanalı ilə İdris Cəfərov məsələsinə münasibətiniz necədir? Sizə görə İdris necə jurnalistdir? Haqlıdırmı?

- İdris əla oğlandır. Yaxşı teleaparıcıdır. Amma etdikləri mənə çatmır. Sözün düzü, bu hərəkətləri ona yaraşdırmıram.

Tarix
2013.12.03 / 12:39
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla