Yuxarı

Böyük Bakının İnkişaf Planı müzakirəyə çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dünən Respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə İctimai Ekoloji Şuranın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ekoloji rəy almaq üçün ETSN-yə təqdim olunmuş "Böyük Bakının Regional İnkişaf Planı"na Nazirliyin verəcəyi ekoloji rəy müzakirəyə çıxarılıb.

Eyni zamanda iclas zamanı gündəlikdə duran digər məsələ, "Azərsu" ASC tərəfindən ekoloji rəyin verilməsi üçün ETSN-yə təqdim olunmuş "Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sisteminin "Master Planı"na veriləcək ekoloji rəyin layihəsi də tanış olmaları üçün Şura üzvlərinə təqdim olunub. Növbəti iclasda həmin sənədin müzakirəsi, sənədə Qeyri Hökumət Təşkilatlarının nümayəndələrinin təklif və əlavələrinin salınması qərara alınıb.

Tarix
2013.11.28 / 11:27
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla