Yuxarı

İTV-də vergi yoxlamaları təsdiq olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) Maliyyə Departamentinin direktor müavini Hamlet Mollayev də dünən postu ilə vidalaşıb.

İşdən uzaqlaşdırılmasının səbəbləri ilə bağlı "Aznews.az"-ın suallarını cavablandıran H.Mollayev deyib ki, bu qərarı İTV rəhbərliyi verib. Şirkətdə vergi yoxlamalarının davam etməsinə baxmayaraq, vəzifəsindən kənarlaşdırılmasına da münasibət bildirən mühasib bu addımın düzgün olmadığını söyləyib: "İşdən çıxdım, qurtardı. Artıq məsuliyyət daşımıram".

Bəs, mühasibi vergi yoxlamalarının nəticəsindən asılı olaraq, işində hər hansı nöqsana yol verməkdə ittiham olunma ehtimalı narahat etmir ki?

H.Mollayev hesab edir ki, onunla bağlı qərar məhz yoxlama bitdikdən sonra verilməli idi. Buna baxmayaraq, o, əmindir ki, heç bir nöqsan çıxmayacaq: "Vergi yoxlamaları bitməli, sonra mənimlə bağlı qərar verilməli idi. Problem olarsa, cavab verməyə hazıram. Lakin heç bir problem çıxmayacağını bilirəm. Sadəcə, yoxlamalar üçün sənədlər təqdim olunmalıdır. Mən olmadıqdan sonra həmin sənədləri kim təqdim edəcək? Bu barədə rəhbərliyi xəbərdar etdim. Şifahi söhbətimiz oldu. Lakin son qərar belə oldu ki, mən işi təhvil verim".

Xatırladaq ki, "Axar.az" olaraq İctimai TV-də mart ayında başlayan vergi yoxlamasının 6 ay müddətinə dondurulduğunu, dekabrın ikisində isə yenidən başlayacağını yazsaq da, Vergilər Nazirliyi və İctimai TV-dən münasibət bildirməmişdilər. İndi isə İTV-nin mühasibi vergi yoxlamasını təsdiqlədi.

Tarix
2013.12.03 / 14:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla