Yuxarı

Dəm qazı 4 azərbaycanlını öldürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflis şəhərinin Krtsanisi rayonunda 4 azərbaycanlı dəm qazından boğulub.

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Tiflisdə yaşayan, əslən Bolnisi rayonunun Darvaz kəndindən olan Şahmurad Bayramovun evində baş verib.

Darvaz kənd orta məktəbinin müəllimi Süleyman Orucov bildirib ki, Ş. Bayramovun 4 yaşlı nəvəsinin ad günü münasibətilə mərasim keçirilib.

Ş.Bayramovun 25 yaşlı oğlu Zamin Bayramov qonaqlıqdan sonra hamamda yuyunub, qızdırıcının qazını söndürməyərək yatıb.

Nəticədə Z.Bayramov, onun 58 yaşlı anası Nanə Bayramova və ad günündə iştirak etmək üçün Rustavidən gəlmiş 17-18 yaşlarında iki qohumu, adları hələlik məlum olmayan gənclər dəm qazından zəhərlənərək ölüblər.

Z.Bayramovun içkili olduğu, hamamdan yuyunduqdan sonra qızdırıcını da məhz sərxoş vəziyyətdə olduğu üçün söndürməyi unutduğu bildirilir.

Dünyasını dəyişən şəxslər sabah torpağa tapşırılacaqlar.

Tarix
2014.03.21 / 20:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla