Yuxarı

Türkiyə neft hasilatına başlayır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ilk dəfə olaraq böyük həcmdə neft ehtiyatı tapılıb.

Verilən xəbərə görə, Türkiyənin Siirt bölgəsində yüksək çəkili neft aşkarlanıb. Siirt şəhərinin Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Afif Dəmirkıran bildirib ki, keçən il başlanılan qazma işlərində açılan ilk quyuda gündəlik olaraq 150 barel neft əldə olunacaq.

Onun sözlərinə görə, Siirt bölgəsində olduqca zəngin neft yataqları var: "Türkiyənin "Güney Yıldızı" və TPAO şirkətlərinin birgə apardığı qazma əməliyyatlarında Siirtin "Doğu Sadak-1" quyusunun 2 400 metr dərinliyində zəngin neft ehtiyatı kəşf edilib".

O qeyd edib ki, gündəlik 150 barel neftin əldə olunması TPAO-nun Türkiyədə gündəlik bir quyudan əldə etdiyi neftin 3 qatına bərabərdir və bu gün üçün Türkiyənin ən keyfiyyətli nefti hesab oluna bilər: "Şirkət bu yataqda neft hasilatını stabil bir duruma gətirməyi və daha çox neft əldə edilməsini hədəf götürüb. Ehtiyac yarandıqda ölkənin digər neft şirkətləri də bölgədə neft hasilatına cəlb oluna bilər. Çünki Siirtdə olduqca böyük həcmdə neft var".

Millət vəkili deyib ki, bu yatağın aşkar edilməsi Türkiyə iqtisadiyyatına böyük dəstək olacaq: "Türkiyə hər il 60 mlrd. dollar dəyərində neft və enerji idxal edir. Daha bir neçə belə neft yatağı aşkar edilərsə, bu, ölkəmizə idxal edilən neftin həcmini nisbətən azaldacaq" (Apa.az).

Artıq Siirtdəki neft yatağında tapılan neftin nümunələri laboratoriyaya göndərilib və onun analizi aparılıb. Bu bölgənin digər ərazilərində də neft yataqlarının axtarışları davam etdiriləcək.

Tarix
2013.12.26 / 10:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla