Yuxarı

Müxalifət mitinqə hazırlaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranı təşkil edən partiyalar intensiv məsləhətləşmələr aparırlar.

Burada əsas mövzu Avropa Birliyinin Vilnüs sammiti ərəfəsində, yaxud da həmin günlərdə Bakıda kütləvi aksiya keçirtməkdir. "Axar.az"ın xəbərinə görə, bu barədə "Musavat.com"a müxalifətdəki partiyalardan birinin lideri məlumat verib. O deyib ki, artıq bir sıra MDB ölkələrində, o cümlədən də Ermənistanda öz iqtidarlarını Avrointeqrasiyaya çağıran aksiyalar keçirilib. "Doğrudur, Azərbaycan prezidenti Vilnüsə, Avropa Birliyinin sammitinə getmək qərarı verdi; əgər belə olmasaydı mitinqin şüarları və xarakteri iqtidarın əleyhinə olacaqdı; lakin yenə də belə bir aksiyaya ehtiyac var. Qeyd etmək lazımdır ki, Müsavat Partiyası həftənin başlanğıcında Azərbaycan hakimiyyətinin Vilnüsdə keçiriləcək sammitdə yüksək səviyyədə iştirak etməsi çağırışı etdi və əslində cavab da aldı. Lakin bu tədbirdə Azərbaycanın Avropa ailəsinin tərkib hissəsi olması istiqamətində konkret və qətiyyətli qərarlar qəbul etməsi məqsədəuyğun sayılır. Bakıda keçiriləcək aksiya Azərbaycan iqtidarını bu məsələyə daha ciddi yanaşmağa təşviq edə, eyni zamanda, rəsmi Bakını sıxışdıran Rusiyaya da önəmli mesaj ola bilər".

Məlumata görə, kütləvi aksiya ilə bağlı qərar hər an verilə bilər və müxalifət razılıq üçün meriyaya sadəcə bildiriş göndərərək, mitinqi elan edə bilər.

Tarix
2013.11.26 / 20:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla