Yuxarı

Hərbi Dəniz Qüvvələrində total yoxlamalar başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahin Sultanovu həbs edə bilərlər; Vitse-admiralın adı əsgər ərzağının oğurlanmasına da qarışdı

Noyabrın 25-dən etibarən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində 12 nəfərdən ibarət təhqiqat qrupu total yoxlamalara başlayıb. Yoxlamanın bu qoşun növünün bütün sahələrini əks etdirəcəyi haqda məlumat var. Yoxlamaya səbəb isə Bibiheybət qəsəbəsində yerləşən və vitse-admiral Şahin Sultanova tabe olan hərbi hissədə baş verən hadisədir. Belə ki, yeni nazirin təyin etdiyi Hərbi Polis İdarəsinin rəisinin göstərişinə əsasən göstərilən ərazidə qəfil reyd keçirilib, hərbi hissənin ərzaq anbarından böyük miqdarda ərzaq məhsulları çıxarılması faktı qeydə alınıb. Oğurluq hadisəsinin qarşısı alınıb, aktlaşdırılıb və ərzaq anbarı möhürlənib. Olay haqda müdafiə nazirinə məlumat verilib. Müharibə şəraitində olan bir ölkədə əsgərə veriləcək ərzağın talan edilməsi nazirin qəzəbinə səbəb olub.

Belə məlumat var ki, Ş.Sultanov tabeliyində olan hərbi birləşmədə vəziyyətə nəzarət edə bilmir. Belə qanunsuzluqlar isə hər gün baş verir. Zakir Həsənovun oğurluq hadisəsinə münasibəti çox kəskin olub və o, bununla bağlı nazirliyin arxa cəbhə xidmətlərinə Hərbi Dəniz Qüvvələrində yoxlamalara başlanılmasına göstəriş verib.

Müdafiə Nazirliyi sistemində adı korrupsiya qalmaqallarında hallanan generallardan biri də Şahin Sultanovdur. Vitse-admiralın adı hərbçilərin hüquqlarını müdafiə etmiş hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun sifarişlə həbs olunmasında, zabitlərə plana düşmüş evləri müqabilində dövlət tərəfindən ayrılmış 2 milyon manat dəyərində kompensasiyanın, hərbi hissənin köçürülməsi üçün ayrılmış əlavə 2 milyon manat pulun mənimsənilməsində hallanırdı. Bundan başqa, Səfər Əbiyevlə yaxın münasibətlərdən istifadə edərək "kod 555" adı ilə tanınan vətəndaş Elxan Hacıyevlə birgə xarici ölkələrə hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi avadanlıqlarını satması, qanunsuz metal satısı, hərbi obyektləri, onların altındakı torpaqları balansdan silərək öz adlarına saxta sənədlər əldə etməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Qubada, Qusarda, Şəkidə, Türkiyədə villalar alması, hərbi hissənin əsgər və işçilərini bu villalarda qanunsuz işlətmələri, işçilərin rüşvətlə vəzifələrə təyinatı, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması kimi məsələlərdə hallanıb ("Musavat").

Yazıda adı hallanan hər kəsi, o cümlədən Şahin Sultanovu da dinləməyə hazırıq.

Tarix
2013.11.27 / 09:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla