Yuxarı

İbrahim Tatlısəs boşandı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhşur türk müğənnisi İbrahim Tatlısəs 2 il əvvəl ailə qurduğu Ayşəgül Yıldızdan elə birinci məhkəmə prosesindəcə boşanıb.

"Kiçikçəkməcə Ədliyyəsi"nə gələn cütlüyün məhkəməsi təxminən 15 dəqiqə çəkib. Gizlilik qərarına görə, məhkəmənin keçirildiyi binanın birinci mərtəbəsinə heç kim buraxılmayıb. Boşanmalarına səbəb kimi "yola getməmək" göstərilən cütlük boşanmadan sonra məhkəmədən ayrı-ayrı çıxıblar. Tatlısəs mühafizəçi ordusuyla gəldiyi ədliyyə binasının qarajından çıxıb. Keçmiş arvadının isə başqa qapıdan çıxdığı bildirilir.

Qeyd edək ki, 2011-ci ilin 13 martında hücuma məruz qalıb sol tərəfli iflic olan Tatlısəs, xəstəxanada yatdığı müddətdə, 29 sentyabrda Ayşəgül Yıldızla evlənmişdi. Ayrılacaqları haqqında çoxlu dedi-qodular çıxsa da, cütlük həmişə bu iddiaların yalan olduğunu bildirirdi. Cütlüyün aprelin 9-da Əlif Ada adını qoyduqları qızları dünyaya gəlmişdi.

Tarix
2013.11.29 / 16:30
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla