Yuxarı

Rəsul Quliyevin qalmaqallı telefon danışığını kim yayıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyasının (ACP) liderliyindən istefa səbəbi məlum oldu. ACP-dən istefa vermiş keçmiş funksionerlərindən biri "Publika.az"a bununla bağlı ilginc məlumat verib. Mənbə bildirib ki, Milli Şurada ciddi narazılığa səbəb olan Rəsul Quliyevlə ACP sədri Sülhəddin Əkbərin qalmaqallı telefon danışığını S.Əkbər yayıb.

"Onun stenoqramda Rəsul Quliyevin bütün suallarına, sözlərinə "hə, hmm" kimi cavablar verməsi də bununla bağlı olub. Əvvəlcədən telefonun diktofonunu qoşaraq danışığı yayıb. Sonra həmin danışığı rusiyalı naməlum şəxsin ad altında mətbuata ötürüb. Bununla da şübhələri özündən yayındırıb. Məqsəd də R.Quliyevi Milli Şuranın, ümumiyyətlə, demokratik düşərgənin qarşısında pis duruma salmaq, beləliklə də onu uzaqlaşdırmaq idi. Həm də ACP-də yaranmış son məsələlərlə bağlı qisas alırdı", - deyə mənbə qeyd edib. Bildirib ki, S.Əkbər bununla da ACP-də öz liderliyini təmin etmək istəyirdi.

Qeyd edək ki, bu ilin sentyabrın 24-də Azərbaycanda yüzlərlə jurnalistə internet üzərindən eks-spiker Rəsul Quliyevlə Sülhəddin Əkbərin telefon danışığının audioyazısı "Aleksandr İvanov"a məxsus "feysbuk", "gmail.com", "yahoo.com", "mail.ru" ünvanlarından göndərilib. Lakin maraqlıdır ki, məlumatı göndərən ünvanlara yazılan məktublar dərhal geri qayıdır.

2 dəqiqə 6 saniyəlik audioyazıda Milli Şuranın 22 sentyabr mitinqini canlı izləyən Rəsul Quliyev ABŞ-dan partiyasının sədri Sülhəddin Əkbərə zəng vuraraq, təəssüratlarını bölüşür. Audioyazının stenoqramında danışıq belədir:

- Salam, Sülhəddin.

- Salam, salam. Necəsiz?

-Yaxşıyam, sağ ol. Siz orda ə, nə multfilm düzəltmisiniz ə, ayıb-ayıb? Sən öl, kefsiz e. Ə, multfilmdi e o, "nastoyaşşi". Sülhəddin, sən çox düzgün hərəkət eləmisən, gedib çıxmamısan o tribunaya.

- Hə.

- Sənin bu addımın alqışlanır.

- Hə.

- Mirmahmud da yoxdur, deyəsən?

- Yox, görmürəm. Mən arxada durmuşam. Amma görəmmirəm. Bəlkə oralarda ola bilər, ancaq görünmür, hər halda.

- Yox e, Mirmahmud yəni ortalıqda yoxdur e, deyirəm.

- Görmürəm. Görməmişəm. Açığı soruşmadım. Amma görməmişəm.

- Eldar gedib orda (qeyri-etik ifadə)... durub orda.

- Hə? Hə.

- Bunlar nətəhər ... (təhqir) insanlardır. Bu İsgəndər Həmidovu.. nətəhər adamlardır ə - bu Əliynən İsanı mən başa düşə bilmirəm. Elə o Cəmil müəllim özü. Bədbəxt prezident olub. Deməli, bu İsgəndər Həmidovun çıxışı ilə prezident olmaq istəyirlər?

- Hə.

- Ə, o balaca stadionun 50 faizini doldura bilməmisiniz...

- Hə.

- Nə isə. Hökumət biabır eləyəcək.

- Hə.

- "Po krayney mere" sən özüvü qırağa çəkə bilmisən.

- Hə... Yaxşı.

- Yaxşı. Oldu, sağ ol.

- Sağ olun.

Lavrova məktubu da Sülhəddin Əkbər yayıb

Digər maraqlı məqamsa R.Quliyevin Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova yazdığı məktubu da Sülhəddin Əkbərin ortaya çıxarmasıdır. Mənbə bildirir ki, R.Quliyev həmin məktubun surətini S.Əkbərin elektron poçtuna göndərib. ACP sədri isə sənədi mətbuata ötürüb. Məktubun mətbuata ötürülməsinə münasibət bildirən partiya sədri məktubu bilərəkdən yaymadığını və elektron poçtunun şifrəsi sındırılmaqla oradan götürüldüyünü deyib. ACP lideri isə Rusiya XİN başçısına belə məktub yazmasını inkar edib.
Yaranmış narazılıqdan sonra sabiq spiker S.Əkbərə bağışladığı "Hummer" markalı avtomobili geri alıb. Daha sonra ACP-yə ayırdığı maliyyəni də dayandırıb.

Tarix
2013.11.06 / 13:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla