Yuxarı

Xalq dindən bir şey anlamaz

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim insanımız dinləməyə və bölüşməyə maraqlı. Hər kəs bir "mən". Bu "mən"ləri yönəltməyin üsülü başbilən "mən"i yalanlaşdırmaqdır. İran idarəetmə sistemi bunu hələ Əhəməni zamanından anladı. Və Turan övladları köçəriləşdirdi.

Molla bir kahin; bilən adam, dolu adam demək. Bu dolu elmin dolusu.

İslamı qəbul edən başbilənlər oldu ilk. Xalq dindən anlamaz. Dini tanıdanları tanıyar. Din tanıdanlar kim? Bunu bilmək gərəkir.

Molla tarix səhnəsində görünməyə başlayandan dinpərəstlik başladı. Molla kahinin davamı oldu. Mollapərəstlik İslamı bitirdı.
Molla elm dolusu olmadı, nağılbaz oldu. Nağıl bitmədikcə canı şüşədə olan div ölməz. Ölsə də başqa bir nağılda dirilər.

Nağıllar mağara sevər, Qaranlıq - şam işığı.

Başbilən mollalar olanı hər sahədən yalnız molla boylanır. Ziyalı da molla, siyasətçi də, yazıçı da, mütrüb də.

"Azərbaycan" qəzeti düşmənlərimizdən yazır. Molladan lətifə danışır. Millət vəkili Babəkdən vurub, Xətaidən çıxır, keçisaqqal biri isə keçi çıxmaz dağlara daş atır.

Mollalıq bir xəstəlikdir, mağara içində bitməyən yalan nağılların vurğunu olub yaşamaqdır.

Bu da keçer…

Tarix
2013.12.01 / 23:36
Müəllif
İdris Heydərli
Şərhlər
Digər xəbərlər

Osmanlı Nikol və iranlı Serjik: kilsələrin toqquşması

Qədərimiz və Kədərimiz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla