Yuxarı

Nazarbayeva azərbaycanlı sevgilisinə ad günü keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayevin keçmiş arvadı Mayra Nazarbayevanın azərbaycanlı iş adamı ilə münasibətləri barədə xəbərlər yayılıb.

Bir müddər əvvəl Azərbaycan mətbuatında da bu barədə müəyyən informasiyalara rast gəlinib. "Axar.az" sözügedən məsələyə dair yeni təfərrüatlar əldə edib.

Məlumata görə, Mayra Nazarbayevanın hazırkı sevgilisi Zaur Abdullayev bir müddət əvvələ qədər Türkiyədə yaşayıb. 5 il əvvəl ailəsi ilə İstanbula köçüb və bir müddətdən sonra Türkiyə vətəndaşlığı alaraq orada böyük bir şirkət qurub. "Vatan Madençi" adlanan bu şirkətin hazırda müflis vəziyyətə düşdüyü bildirilir. Adının çəkilməsini istəməyən bilgili mənbə bizə Z.Abdullayevin hazırda Türkiyədə məhkəməyə verildiyini deyib. İddiaçı onun həyat yoldaşıdır. Zaur Abdullayev iki oğul atasıdır və o, Mayra Nazarbayeva ilə münasibət qurduqdan sonra ailəsini taleyin ümidinə buraxıb.

"Axar.az" dəqiqləşdirib ki, iş adamının xanımı hazırda İstanbulda kirayədə yaşayır. Belə ki, Z.Abdullayevin rəhbəri olduğu şirkətin dövlətə və ayrı-ayrı şəxslərə külli miqdarda borcu olduğundan məhkəmə onun əmlakının müsadirə olunması barədə qərar verib. Nəticədə onun artıq keçmiş hesab olunan ailəsi evsiz qalaraq, kirayə mənzilə sığınıb. S.Məmmədova isə keçmiş əri barədə məhkəməyə şikayət edərək ailə qurduqdan sonra əldə etdikləri əmlakın yarısını tələb edir.

Qeyd edək ki, Mayra Nazarbayeva hazırda İnterpolun axtarışındadır. Onun tutularaq Qazaxstana gətirilməsində şəxsən Nursultan Nazarbayevin özü maraqlıdır. Məlumatlara görə, bu qadın Nazarbayevlər ailəsinə məxsus böyük pulları ölkədən çıxarıb. Bundan başqa onun böyük miqdarda qara brilyantlara sahibləndiyi də bildirilir. Həmin brilyantların Azərbaycan bazarına da ayaq açdığına dair məlumatlar var.

M.Nazarbayeva birinci nikahdan olan oğlu Daniyara Malayziyanın hazırkı baş nazirinin qızını alıb. Onun hələ də tutlmamasında məhz bu ailənin böyük rol oynadığı iddia olunur. Azərbaycanlı iş adamı Z.Abdullayevin isə bu münasibətlərdə öz marağı var.

"Axar.az" təfərrüatları təqdim edəcək.

Təqdim etdiyimiz video Bolat Nazarbayevin Fransanın Kann şəhərindəki malikansində çəkilib. Bu malikanə də artıq Mayranın əmlakı hesab olunur. Burada Mayra Zaur Abdullayevə ad günü mərasimi təşkil edib. Videoda həm Mayra, həm də Zaur Abdullayev görüntülənir – 1-ci dəqiqədən sonra.

Tarix
2013.12.04 / 11:52
Müəllif
Samir N.
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla