Yuxarı

Prezident oğlu gömrük rəisi oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan prezidenti Emoməli Rəhmon böyük oğlunu Milli Gömrük Xidmətinin rəhbəri təyin edib.

"Axar.az"ın "APA"ya istinadən xəbərinə görə, 25 yaşlı Rüstəm Emoməli əvvəllər xidmətin sədr müavini vəzifəsində çalışıb və Qaçaqmalçılıqla mübarizə departamentinə başçılıq edib. Bundan əvvəl isə İnvestisiyalar və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Kiçik və orta sahibkarlığın dəstəklənməsi idarəsinin rəhbəri olub.

Rüstəm Emoməli 2012-ci ilin yanvarından Tacikistan Futbol Federasiyasına başçılıq edir. Bir zamanlar Düşənbənin "İstiqlal" komandasında futbolçu kimi də çıxış edib.

Qeyd edək ki, Tacikistan prezidentinin 9 övladı var. o, 2010-cu ildə qızı Ozoda Rəhmonu xarici işlər nazirinin müavini təyin edib. Digər qızı Zarina Rəhmon dövlət televiziyasında diktor vəzifəsində çalışır. Kiçik oğlu Somon Emoməli 2012-ci ildə Buxarestdə keçirilən informasiya texnologiyaları üzrə olimpiadada "ən yaxşı layihə müəllifi" mükafatına layiq görülüb.

Tarix
2013.11.30 / 12:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla